
Kosmosdakı ən sərrast gözümüz olacaq James Webb teleskopu 2020-ci ilin mayında göndəriləcək
Elm & Texnologiya
29.03.2018
Orxan
NASA, James Webb kosmik teleskopu ilə kosmosun dərinliklərində daha yaxşı müşahidə aparmağı hədəfləyir. Sonuncu dəfə 2019-cu ilin yazında kosmosa göndəriləcəyi bildirilən teleskop planlanandan 1 il sonra 2020-ci ilin mayında göndəriləcək. Bu ertələmə qərarı səbəbilə proqramın, ABŞ Konqresi tərəfindən təsdiqlənən 8 milyard dollarlıq büdcəsini də ötəcəyi bildirilir.
Hər şeyə baxmayaraq bu ertələmə qərarına çox da heyrətlənməmək lazımdır. ABŞ Hökumət Evi tərəfindən mart ayının ilk günlərində yayımlanan bildirişdə ehtimal olunan daha bir ertələmə xəbərinin təsdiqləndiyi bildirilmişdi. NASA-dan mövzu ilə bağlı yayımlanan açıqlamada uçuş təchizatlarının tamamlandığı, amma kosmik aparatdakı ünsürlərin NASA-nın Kaliforniyadakı əsas podratçısı Northrop Grummanın bazada yoxlanışdan keçməsi üçün vaxta ehtiyac duyduğu deyilmişdi
Qeyd edək ki, teleskopun göndərilmə tarixi barədə ilk qərar 1996-cı ildə verilmiş, lakin daha sonralar hazırlıq xərcləri artdığı üçün tarix də davamlı olaraq dəyişdirilmişdi. Son olaraq bildirildi ki, layihənin tamamlanması 8.8 milyard dollara başa gələcək. Dəqiq tarix isə 2020-ci ilin mayı qəbul olundu.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
