main-post-cover

    Kriptovalyuta maynerləri üçün SikurPhone adlı smartfon (VİDEO)

    Elm & Texnologiya
    03.03.2018
    Farid Pardashunas
    Braziliyanın “Sikur” şirkəti Barselonada keçirilmiş MWC 2018 konqressində SikurPhone adlı qeyri-adi smartfonu təqdim edib.
    Şirkətin verdiyi məlumata əsasən bu, hackerlərin smartfonu hack etmələrindən qorxmayaraq kriptovalyutaları saxlamağa imkan verən ilk qorunan smartfondur. “Bizim cihazlarımızda məlumatların təhlükəsiz şəkildə saxlanması bizim ən güclü özəlliymizdir. Biz artıq brauzerlərin və ismarışların təhlükəsizlik ilə təmin olunmasına nail olmuşuq. Daha sonra biz düşündük ki, eyni şeyi biz niyə kriptovalyutalar ilə də etməyək?” – deyə şirkətin direktoru bildirib.

    Bizim smartfonumuzun təhlükəsizliyini sübut etmək üçün biz “Backy HackerOne” şirkətindən 2 aya onu hack etməsini xahiş etdik. Çoxlu sayda səylərdən sonra “Backy HackerOne” şirkətinin mütəxəssisləri qeyd etdilər ki, onlar smartfonun təhlükəsizliyini keçə bilməyiblər. SikurPhone təkmilləşdirilmiş Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışır. Onun daxilində xüsusi launcher də var. Bu launcher ismarışlara, zənglərə, sənədlərə və s. kimi məlumatlara sürətli çıxışı təmin edir.

    Lakin Android tətbiqlərin smartfonda işə salınması üçün həmin tətbiqlər “Sikur” şirkətinin mütəxəssisləri tərəfindən təsdiq almalıdırlar. Bu isə ilk növbədə təhlükəsizliyin təmin olunması üçün edilib. SikurPhone 5.5 inç Full HD ekran, MediaTek prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş, 13 MP-lik arxa kamera, 5 MP-lik ön kamera və 2800 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon bu ilin Avqust ayında 799$ qiymətində satışa çıxacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər