main-post-cover

    Kriptovalyuta mayninqi edən WannaMine virusu yayılır

    Elm & Texnologiya
    01.02.2018
    Farid Pardashunas
    İnternetdə WannaMine adlı yeni virusun yayılması ilə bağlı ismarışlar ortaya çıxıb.
        Hackelər bu virusdan istifadə edərək digər insanların kompüterləri sayəsində Monero kriptovalyutasını mayninq edirlər. Maraqlısı ondadır ki, WannaMine EternalBlue-nun exploit-i əsasında hazırlanıb. EternalBlue isə keçən il böyük səs-küy yaratmış WannaCry virusunda istifadə olunurdu. Bu dəfə təhlükə altında olanlar yenə də Windows istifadəçiləridir.
        WannaMine kompüterin prosessorunu yüksək dərəcədə yükləyərək hackerlərə rəqəmsal valyutanı qazandırır. Sözügedən virus saxta yükləmə faylları, brauzer və əməliyyat sistemindəki boşluqlar və məqsədyönlü kiberhücumlar vasitəsilə yayılır. Əsas da qeyd etmək lazımdır ki, bu dəfə təhlükə altında olanlar yalnız Windows əməliyyat sistemi əsasında çalışan kompüterlərdir.

        Hackerlər Mimikatz adlı boşluqdan istifadə edərək kompüter administartorunun hesabının login və şifrəsini əldə edirlər. Və yaxud onlar lokal və korporatov şəbəkədə olan bütün cihazları yoluxdurmaq üçün EternalBlue exploit-dən istifadə edirlər. Bir çox antiviruslar kompüterdə WannaMine virusunu aşkar edə bilmirlər. Bəzi proqram təminatları yalnız virusun işini bloklaya bilər. Kompüterinizin bu virusla yoluxduğunu anlamaq isə çox sadədir.
        Belə ki, bu halda sizin kompüteriniz birdən tam sürətlə çalışmağa başlayacaq. Əgər siz noubook istifadə edirsinizsə, onun yüksək dərəcədə qızdığını görəcəksiniz. Virus təkcə kompüterin gücünü aşağı salmır, həmdə onun sıradan çıxmasına səbəb olur. Hal-hazırda WannaMine virusunu kompüterdən silmək üçün cihazı tamamilə formatlayıb yeni əməliyyat sistemi yazmaqdır. WannaMine virusu köhnə versiya Windows ilə çalışan kompüterlərdən əlavə Windows 10 ilə çalışan cihazlara da yoluxa bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər