main-post-cover

    Kriptovalyuta oğurlamaq üçün silahlı hücum etdi

    Elm & Texnologiya
    14.12.2017
    Farid Pardashunas
    Bu cinayəti etmiş şəxsi 25 il azadlıqdan məhrum etmək cəzası gözləyə bilər.
    Amerikanın Nyu-Cersi şəhər sakini 1.8 milyoon dollar dəyərində efir kriptovalyutasını oğurlamaq üçün silahlı hücum edib. Bu barədə xəbəri Bloomberg saytı məhkəmə prosesindən əldə etdiyi məlumatlara istinadən verib. Məhkəmənin verdiyi məlumata əsasən 35 yaşlı Louis Meza adlı şəxs öz şəriki ilə birlikdə zərərçəkmiş şəxsi silah ilə hədələyərək onun ev açarını, portmanatını və telefonunu götürüb. Evdə Meza bir qutu aşkar edib.
    İstintaq əsnasında məlum olub ki, həmin qutunun içində açar, vacib kağızlar və ya hard disk ola bilərdi. Qutunun daxilində olan vacib məlumat sayəsində cinayətkar zərərçəkmiş şəxsin elektron portmanatına sahib olub. Həmin portmanatda isə 1.8 milyon dollar dəyərində efir kriptovalyutası olub. Daha sonra Meza həmin kriptovalyutanı öz rəqəmsal portmanatına keçirdib. Nəticədə Louis Meza-nı 25 il azadlıqdan məhrum olmaq cəzası gözləyə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər