main-post-cover

    Kürdəmirdə 'notebook'u soyutmağın 5 üsulu

    Elm & Texnologiya
    03.07.2017
    Farid Pardashunas
    Son günlər ölkəmizdə havanın temperaturunun yüksəlməsi bir çox sahələrdə fəaliyyətimizə təsir edir. Mövzu texnologiya olduqda isə texnoloji cihazların qızma problemi qaçınılmaz bir hadisədir. İsti yay günündə çox iş görmüş bir "notebook" isə bir anda alov topuna dönə bilər. Ya da yaxşı bir manqal da deyə bilərik. Lakin, müxtəlif üsullar və tənzimləmələr vasitəsilə tam olmasa da komputerinizi alışıb-yanmaqdan xilas edə bilərsiniz. Beləliklə xüsusilə Kürdəmirdən olan izləyicilərimiz üçün "notebook"un həddən artıq qızması hallarında edəcəkləri 5 əsas davranış haqqında yazacağıq.
    "Windows power options"
    "Windows"un "control panel" tənzimləmələrinə daxil olub, batareya işarəsinə klik edirik. Buradan "Power Options"-"Balanced" panelində yer alan "Cooling Method"un gücünü "Maxiumum Performance" edirik. Belə olan halda "notebook"u soyutmaq üçün çalışan pərlər, tam gücü ilə çalışmağa başlayacaq və komputer daha tez soyuyacaq.

    "Windows power options" maksiumum performans
    - Batareya rejimi üçün bütün seçimləri "Maxiumum Performance"a yüksəldin
    - Ekran Kartı (GPU) - "Maxiumum Performance"a yüksəldin
    - Prosesssor (CPU) - "Maxiumum Performance"a yüksəldin
    - "PCI Express" - "Link State Power Management" - "Maxiumum Performance"a yüksəldin. 
    Komputerinizi tokdan çıxarın
    Bəzi komputerlər batareya ilə çalışan zaman daha az güc təsərrüf edir. Belə olan halda yuxarıdakı sazlamaları həyata keçirərək, komputerinizi enerjidən çıxarmaxınız və batareya gücü ilə işlətməyiniz məsləhətdir.
    Komputerinizi masa üzərində işlədin
    Komputerin soyumasını təmin edən pərlər yan və alt tərəflərdə yer alır. Belə olan halda komputerin stabil bir ərazidə dayanması, cihazın daha tez soyumasına və soyuducuların daha rahat işləməsinə şərait yaradır. Xüsusilə komputerləri belə havalarda diz üstündə yaxud yataqda istifadə etmək məsləhət deyil. Pərlər qapana və komputerin detalları həddən artıq qıza bilər.
    Soyutma altlıqları
    Notebooklar üçün əlavə soyutma altlıqları mövcuddur. Yuxarıdakı sazlamalar sizin işinizə yaramasa internet mağazalardan bu altlıqları sifariş etməklə komputerinizə bərkidə bilərsiniz. Amma belə olan halda komputerin daşınması daha çətin hala gəlir. 
    Mənbə: Webtekno.com
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər