Logo
    main-post-cover

    Kvant dünyasında zamanın iki istiqamətdə axdığı məlum olub

    Elm & Texnologiya
    17.02.2025
    Emil
         Böyük Britaniya alimlərinin son araşdırması göstərib ki, kvant reallığında zaman həm irəli, həm də geri axa bilər. Bu kəşf zamanın xətti olması ilə bağlı ənənəvi təsəvvürləri şübhə altına atır və əlavə tədqiqatlara ehtiyac yaradır. Ənənəvi olaraq, zaman keçmişdən gələcəyə doğru hərəkət edən xətti axın kimi qəbul edilir. Lakin Surrey Universitetinin Riyaziyyat Fizika Məktəbi alimlərinin aparmış olduqları yeni araşdırma bu anlayışı şübhə altına atır. Onlar müəyyən ediblər ki, kvant dünyasında zaman hər iki istiqamətdə axa bilər. Bu isə fizikanın fundamental qanunlarını dərk etməyə yeni imkanlar açır. Alimlər kvant sistemlərinin zaman içində davranışlarını analiz etmək üçün riyazi modellərdən istifadə ediblər. Tədqiqat zamanı makroskopik dünyada zamanın niyə yalnız bir istiqamətdə axdığı ilə bağlı bir neçə fərziyyə irəli sürülüb:
    - Birinci fərziyyə - kvant sisteminin ətraf mühiti çox mürəkkəb və genişdir, buna görə də mühitin detalları sistemin öz davranışına təsir etmir.
    - İkinci fərziyyə - enerji və informasiya axını ilə bağlıdır. Klassik dünyada sistem enerjisini itirdikdə, o enerji bir daha geri qayıtmır.
         Bu fərziyyələr tətbiq edildikdə, tədqiqatçılar kvant sistemlərinin təkamülünü təsvir edən tənliklərin zamanın irəli və ya geri hərəkət etməsindən asılı olmayaraq dəyişməz qaldığını müşahidə ediblər. Bu, zamanın geri dönmə simmetriyasının mövcudluğunu göstərir, yəni fizika qanunları zamanın istiqamətindən asılı deyil.
         Tədqiqatın müəlliflərindən biri, Andrea Rocco, bildirib ki, hisslərimiz bizə zamanın yalnız bir istiqamətdə hərəkət etdiyini desə də, nəzəriyyə bunun əks istiqamətdə də mümkün olduğunu göstərir. Bu kəşf zaman və onun təbiətini daha dərindən anlamaq üçün yeni bir əsas yaradır. Bundan əlavə, alimlər zamanla bağlı maraqlı bir aspekt aşkar ediblər. Onların modelləri zamanda fasilələrin mövcudluğunu göstərir.
         Əksər fiziki tənliklər zamanda davamlı və ardıcıl dəyişiklikləri nəzərdə tutur, lakin bu tədqiqatın nəticələri zamanın müəyyən anlarda qırıla biləcəyini göstərir. Tədqiqatın baş müəllifi Thomas Gough vurğulayıb ki, bu mexanizm gözlənilməz olsa da, zaman və fizika arasındakı əlaqənin mürəkkəbliyini ortaya qoyur. Bu nəticələr kvant mexanikasında zaman anlayışının yenidən nəzərdən keçirilməsinə yol açır. Ənənəvi təsəvvürləri şübhə altına atan bu araşdırma, zamana dair daha dəqiq izahlar tapmaq üçün əlavə tədqiqatlara ehtiyac olduğunu göstərir.
    Mənbə: Nature
    Paylaş
    Bənzər xəbərlər
    suurlu-heyat-tekce-yer-kuresinde-tekamulun-tebii-neticesi-deyil
    Elm & Texnologiya

    Şüurlu həyat təkcə Yer kürəsində təkamülün təbii nəticəsi deyil

    ABŞ-dan olan alimlər qrupu şüurlu həyatın nadir olması ilə bağlı ənənəvi nəzəriyyəni şübhə altına alır. Yeni modelə görə, insanlıq təkamül proseslərinin təbii nəticəsi ola bilər. Bu isə digər planetlərdə həyat axtarışına yeni perspektivlər açır.
    dilin-ucunda-firlanir-veziyyetinde-beyinde-neler-bas-verir
    Elm & Texnologiya

    "Dilin ucunda fırlanır" vəziyyətində beyində nələr baş verir?

    Hamıya tanış hissdir - bildiyiniz, amma heç cür xatırlaya bilmədiyiniz bir sözü yada salmağa çalışmaq. "Dilin ucunda fırlanır" ifadəsi ilə tanınan bu geniş yayılmış fenomen alimləri uzun illərdir maraqlandırır.
    alimler-heqiqi-dislerin-yetisdirilmesi-uzre-yeni-usul-uzerinde-calisirlar
    Elm & Texnologiya

    Alimlər həqiqi dişlərin yetişdirilməsi üzrə yeni üsul üzərində çalışırlar

    Uzun onilliklər ərzində itirilmiş dişi əvəz etməyin yeganə yolu diş protezləri idi. Lakin son vaxtlar alimlər həqiqi orqanik dişin formalaşmasını təmin edə biliblər və bu prosesdə kiçik ölçülü qeyri-adi bir donuz cinsi mühüm rol oynayıb.
    qlobal-istilesme-ile-mubarizede-1600-eded-termonuve-bombasinin-partladilmasi-teklif-edilib
    Elm & Texnologiya

    Qlobal istiləşmə ilə mübarizədə 1600 ədəd termonüvə bombasının partladılması təklif edilib

    İqlim dəyişiklikləri ilə mübarizə aparmaq üçün Roçester Texnologiya İnstitutunun (RIT) alimləri təbiətdən möcüzə gözləmək əvəzinə, lazımi yerdə 1620 ədəd 50 meqaton gücündə termonüvə bombasını birdəfəlik partlatmağı təklif ediblər.
    yeni-ferziyye-kainatin-tarixini-deyise-biler
    Elm & Texnologiya

    Yeni fərziyyə kainatın tarixini dəyişə bilər

    Fiziklər radikal bir fikir irəli sürüblər. Kainatın tarixində enerji paylanmasının baş vermədiyi durğunluq dövrləri mövcud ola bilərdi.