
Lamborghini elektrikli idman avtomobilini təqdim etməyə hazırlaşır
Elm & Texnologiya
16.08.2023
Lamborghini şirkəti öz elektrikli idman avtomobilinin siluetini əks etdirən fotonu təqdim edib. Şirkət elektrikli idman avtomobilini 18 avqust tarixində ABŞ-da təqdim edəcək. Qeyd etmək lazımdır ki, təqdim ediləcək elektromobil konsept xarakterli olacaq. Buna görə də onun kommersiya məqsədli versiyasının eyni dizayna sahib olub-olmayacağı bilinmir. Artıq məlumdur ki, şirkət 2024-cü ilin sonuna kimi öz bütün avtomobillərinin hibrid versiyalarını satışa çıxaracaq. Şirkətin tamamilə elektrikləşdirilmiş ilk avtomobili isə bu onilliyin sonuna kimi satışa çıxmalıdır.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...