main-post-cover

    Lego Fold: Lego şirkəti Samsung'u trolluyub

    Elm & Texnologiya
    05.03.2019
    Farid Pardashunas
        Son bir neçə həftə ərzində nüfuzlu texnoloji saytlarda məşhur şirkətlərin qatlana bilən smartfon modelləri barəsində xəbərlər öz dominantlığını sərgiləyiblər. Bura Samsung şirkətinin Galaxy FoldHuawei şirkətinin Mate X smartfon modellərindən tutmuş Apple şirkətinin qatlana bilən iPhone modelinin konsept fotoları da daxildir. Lakin oyuncaq istehsalı ilə məşğul olan məşhur Lego şirkəti özünün qatlana bilən oyuncaq konstruksiyasını təqdim edərək bu vəziyyəti trollayıb. Bu barədə Macdigger saytı xəbər verib.

        Apple şirkəti özünün qatlana bilən smartfon modeli üzərində işlərə start vermək üzrə olduğu və Galaxy Fold ilə Mate X smartfonlarının satışa hələ çıxmadıqları bir vaxtda Lego şirkətinin qatlana bilən cihazını artıq indi almaq mümkündür. Maraqlısı ondadır ki, Lego məhz Samsung şirkətini trollayıb. Belə ki, şirkət Galaxy Fold-un dizaynından istifadə edib. Bununla belə Lego şirkətinin məhsulu Galaxy Fold-u üstələyir.

        Belə ki, Lego şirkətinin cihazı tam açıq vəziyyətdə 11 düymlük, qatlanmış vəziyyətdə isə 5 düymlük ölçüyə sahibdir. Galaxy Fold isə tam açıq şəkildə 7.3 düymlük, qatlanmış vəziyyətdə isə 4.6 düymlük ölçüyə sahibdir. Lego Fold-un daha bir özəlliyi isə onun batareyasındadır. Belə ki, şirkətin verdiyi məlumata əsasən Lego Fold-un batareyası heç zaman öz enerjisini itirmir. Həmçinin Galaxy Fold və Huawei Mate X-dən fərqli olaraq Lego Fold-un qiyməti 2000$ təşkil etmir. Onu 70$-a almaq olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər