
Ləğv edilmiş Nokia Moonraker adlı "ağıllı" saatların ilk videosu sızdırıldı
Elm & Texnologiya
07.05.2017
Farid
Ləğv edilmiş Nokia Moonraker adlı "ağıllı” saatların ilk videosu təqdim edilib.
Bir neçə vaxt bundan öncə Windows əməliyyat
sistemi ilə çalışan Nokia Moonraker "ağıllı” saatları Windows Phone istifadəçilərinin
ayrılmaz aksessuarı ola bilərdi. Lakin bəzi səbəblərdən bu cihazın bütün
hüquqları nəticədə satıldı. Bu günə kimi sözügedən saatların bir sıra prototip
fotolarına internetdə rast gəlmək olardı. Lakin bugün Nokia Moonraker
saatlarının ilk videosu YouTube-da paylaşılıb. Saatlar tamamilə plastikdən
hazırlanmışdır. Təqdim olunmuş videodan cihazın bütün özəlliklərini görmək
olar. Saatın kiçik ekranında istifadəçi, gəlmiş ismarıclardan, zənglərdən və
elektron poçt məktublarından agah ola bilər. Hətta xüsusi tətbiqdan istifadə edərək
smartfon kamerasını uzaqdan idarə etmək olar. Saatlar həmçinin istifadəçinin
aktivliyini ölçən ötürücülərə də sahib idi. Maraqlı innovasiyalara baxmayaraq
çox güman ki, Nokia Moonraker çin olmamış arzu kimi qalacaq.
Paylaş
Bənzər xəbərlər