
Lenovo IdeaPad Flex 5i Chromebook Plus noutbuku təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
04.10.2023
Emil
Dünən Lenovo şirkəti ChromeOS əməliyyat sistemi vasitəsilə çalışan IdeaPad Gaming Chromebook Plus adlı noutbukunu təqdim etdi. İndi isə şirkət ChromeOS vasitəsilə çalışan daha bir noutbukunu təqdim edib. Söhbət, IdeaPad Flex 5i Chromebook Plus-dan gedir. Beləliklə sözügedən noutbuk Full HD keyfiyyətli 14 düym ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit təşkil edir və o, Lenovo USI Pen stilusunun dəstəyinə sahibdir. Stilus ayrıca satılır. Üstəlik noutbukun qapağı 360 dərəcə qatlana bilir. Yəni onu planşet kimi də istifadə etmək mümkündür. IdeaPad Flex 5i Chromebook Plus iki versiyada təqdim olunub.
Onlardan biri Intel Core i5-1334U, digəri isə Core i3-1315U prosessoru vasitəsilə çalışır. Birinci variantda cihaz özündə Intel Iris Xe qrafikasını, ikinci variantda isə Intel UHD qrafikasını birləşdirir. Hər iki halda cihaz 8 GB RAM və 128-512 GB SSD ilə təchiz olunub. Bununla yanaşı noutbuk Full HD keyfiyyətli veb kameraya, USB 3.2 Gen 2 Type-C, USB 3.2 Gen 1 Type-C, USB 3.2 Gen 1 Type-A girişlərinə, naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişə, microSD girişinə və hər biri 2 vatt gücündə olan 2 ədəd stereo səsgücləndiriciyə sahibdir. Noutbuk Wi-Fi 6/6E, Bluetooth 5.0 texnologiyalarını dəstəkləyir. Lenovo IdeaPad Flex 5i Chromebook Plus artıq satışa çıxıb və onun qiyməti 500$-dan start götürür.
Paylaş
Bənzər xəbərlər