Logo
    main-post-cover

    Lenovo IdeaPad Gaming Chromebook Plus noutbuku təqdim olunub - QİYMƏTİ

    Elm & Texnologiya
    03.10.2023
    Emil
        Lenovo şirkəti özünün IdeaPad Chromebook Plus seriyasını IdeaPad Gaming Chromebook Plus adlı yeni noutbukla genişləndirib. Beləliklə IdeaPad Gaming Chromebook Plus 120 Hz-lik təsvir yenilənməsinə sahib 16 düym WQXGA IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 350 nit təşkil edir. Sözügedən noutbuk iki versiyada təqdim olunub. Onlardan biri Intel Core i5-1235U prosessoru vasitəsilə çalışır və özündə Intel Iris Xe qrafikasını birləşdirir, digəri isə Intel Core i3-1215U prosessoru vasitəsilə çalışır və özündə Intel UHD qrafikasını birləşdirir.
        Noutbuklar 8 GB RAM-a və 128/512 GB SSD-yə sahibdirlər. Onlar özlərində USB Type-C 3.2 Gen 2, USB Type-A 3.2 Gen 1 girişlərini, naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi və microSD girişini birləşdirirlər. Noutbuklar üstəlik Wi-Fi 6EBluetooth 5 dəstəklərinə sahibdirlər. Şirkətin verdiyi məlumata əsasən IdeaPad Gaming Chromebook Plus bir dəfə şarj olunandan sonra 12 saat ərzində çalışa bilir. Noutbuk yaxın günlərdə satışa çıxacaq və onun qiyməti 628$-dan start götürəcək.
    Paylaş
    Bənzər xəbərlər