Logo
    main-post-cover

    Lenovo IdeaPad Slim 3i Chromebook Plus noutbuku təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    04.10.2023
    Emil
        Lenovo daha bir Chromebook-nu təqdim edib. Söhbət, Lenovo IdeaPad Slim 3i Chromebook Plus-dan gedir. Sözügedən noutbuk Full HD keyfiyyətli 14 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit təşkil edir. Ekranın yuxarı çərçivəsində Full HD keyfiyyətli veb kamera quraşdırılıb. Lenovo IdeaPad Slim 3i Chromebook Plus noutbuku Intel Core i3-N305 prosessoru vasitəsilə çalışır və özündə Intel UHD qrafikasını, 8 GB RAM-ı və 128/256 GB SSD-ni birləşdirir.
        Şirkət noutbukun batareyası barəsində məlumat verməsə də qeyd edib ki, bir dəfə şarj olunandan sonra o, 12 saat ərzində çalışa bilir. Bundan əlavə olaraq noutbuk HDMI 1.4b, USB 3.2 Gen 2 Type-C, USB 3.2 Gen 1 Type-A girişlərinə və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişə sahibdir. Lenovo IdeaPad Slim 3i Chromebook Plus özündə 2 ədəd stereo səsgücləndiricini və Wi-Fi 6/6E, Bluetooth 5.1 texnologiyalarının dəstəklərini birləşdirir. Noutbuk artıq satışa çıxıb və onun qiyməti 550$-dan start götürür.
    Paylaş
    Bənzər xəbərlər