Logo
    main-post-cover

    Lenovo CEO-su: 'Süni zəka dəstəkli smartfonlar və noutbuklar artıq gələn il təqdim olunacaqlar'

        2023-cü ilin birinci rübü üzrə maliyyə hesabatının təqdim olunması zamanı Lenovo şirkətinin CEO-su Yang Yuanqing süni zəkanın texnologiyalar sahəsinə təsiri ilə bağlı fikirlərini səsləndirib və mövzuda olacaq innovasiyalardan danışıb. Onun sözlərinə əsasən artıq gələn il kompüter və smartfonlar bazarında süni zəka dəstəkli daha çox cihaz ortaya çıxacaq. Lenovo-nun süni zəka imkanlı kompüterlər barəsindəki təsəvvürü hesablayıcı güc ilə bulud texnologiyalarının birləşməsini əks etdirir. Maraqlısı ondadır ki, Yang Yuanqing-in fikirləri Intel-in CEO-su Patrick Gelsinger-in bəyanatı ilə üst-üstə düşür. Belə ki, Patrick Gelsinger bir neçə müddət bundan öncə bildirmişdi ki, şirkət kompüterlər üçün nəzərdə tutulmuş süni zəka dəstəkli 14-cü nəsil Meteor Lake prosessorları üzərində çalışır. 
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Lenovo CEO-su: 'Süni zəka dəstəkli smartfonlar və noutbuklar artıq gələn il təqdim olunacaqlar' | Technote