
"Lenovo" fiziki klaviaturasız Yoga Book noutbukunu təqdim edib
Elm & Texnologiya
07.05.2017
Farid
IFA 2016 sərgisində "Lenovo” şirkəti bir sıra noutbuk modelini təqdim edib. Lakin onlardan ən qeyri-adisi Yoga Book olub.
Yoga Book fiziki klaviaturaya sahib deyil. Onun yerinə cihaz
sensor panel ilə təchiz olunub. Düymələr arasındakı sərhədlər işıqlandırma
sistemi ilə ayrılıb. Lakin həmin işıqlandırma sistemini söndürməklə istənilən
an sensor paneli rəsm çəkmək üçün istifadə etmək olar. "Technote.az"ın "Hi-tech.mail.ru"a istinadən veriyi xəbərə əsasən bunun üçün noutbuk, şarja
ehtiyac duymayan Wacom adlı stilusa sahibdir. Yoga Book-da fiziki klaviaturadan
imtina etmək qeyri-adi bir addım kimi görünsə də əslində müasirdir. Yeni
formata öyrəşmək çox asandır. Sensorlu klaviatura, sensorlu yerlərə kliklədikdə
cavab olaraq mikrovibrasiyalar şəklində geri bağlantıya sahibdir. Bundan əlavə
olaraq həmin klaviatura iş zamanı öyrənmək xüsusiyyətinə malikdir. Yəni o mətndə
lazımi sözləri qeyd edir və avtomatik olaraq səhvləri düzəldir.
Yoga Book-u adi noutbuk, planşet, prezentasiyalar üçün nəzərdə
tutulmuş panel, rəsm çəkmək üçün cihaz kimi istifadə etmək olar. Noutbukun
texniki göstəriciləri ilə sizləri tanış edirik.
- 10.1 inç Full HD ekran
- 2.4 GHz tezlikli Intel Atom x5 prosessoru
- 4 GB RAM və 64 GB daxili yaddaş
- 15 saata qədər işləmək bacarığı.
Yoga Book iki versiyada satılacaq. Onlardan biri Android 6.0
əməliyyat sisteminə sahib olacaq və 499$ qiymətinə satılacaq. Digəri isə Windows
10 əməliyyat sisteminə sahib olacaq və 549$ qiymətinə satılacaq. Yoga Book-un
satışları bu ilin oktyabr ayı üçün nəzərdə tutulub.
Paylaş
Bənzər xəbərlər