main-post-cover

    Lenovo K8 Note-un təqdimat tarixi bəlli oldu

    Elm & Texnologiya
    29.07.2017
    Orxan Jafarli
    “Lenovo” uzun müddətdir maraqla gözlənilən yeni smartfonu Lenovo K8 Note üçün təqdimat tarixini açıqladı.
    Lenovo K8 Note-un sosial media hesablarından edilən açıqlama ilə birlikdə, uzun müddətdir haqqında sızıntılar yaşanan və maraqla gözlənilən smartfon-un 9 avqust tarixində Hindistanda keçiriləcək tədbirdə təqdim ediləcəyi  ifadə edildi.
    Uzun müddətdir sosial media da #KillerNote hashtag-iylə müxtəlif kampaniyalar təşkil edilir və smartfon haqqında kiçik məlumatlar verilirdi. Görünüşə görə təxminən 10 gün sonra Lenovo K8 Note haqqında hər şeyi öyrənmək mümkün olacaq.
    K6 Note modelinin davamı olaraq bazara çıxarılacaq olan K8 Note modelində MediaTek MT67974 GB yaddaş sahəsi olacağı iddia edilir. K8 Note üçün çox yüksək bir gözlənti içində olmamaq lazımdır çünki cihaz yaxşı təchizata sahib ucuz bir smartfon olmağı hədəfləyir.
    K8 Note haqqında hələlik bütün bildiklərimiz bunlardır amma yaxın zamanda təqdimat tarixi də yaxınlaşdıqca bir çox sızıntının yaşanacağından əminik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər