Lenovo Legion 9i adlı yeni güclü gaming noutbuku təqdim edilib - QİYMƏTİ

Lenovo Legion 9i adlı yeni güclü gaming noutbuku təqdim edilib - QİYMƏTİ

Texnologiya
01.09.2023 PAYLAŞIM

    Lenovo şirkəti IFA 2023 sərgisi çərçivəsində Legion brendinin yeni noutbukunu təqdim edib. Söhbət, Legion 9i adlı gaming noutbukundan gedir. Bu yeni noutbuk hal hazırda ən güclü gaming noutbuklarından biridir. Lenovo Legion 9i flaqman texniki göstəriciləri ilə yanaşı həmçinin maye soyutma sistemi və mini-LED ekranı ilə seçilir. Beləliklə Lenovo Legion 9i gaming noutbuku 165 Hz-lik təsvir yenilənməsinə sahib 3200x2000 piksel keyfiyyətli 16 düym mini-LED ekranla təchiz olunub.


    Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit təşkil edir. Noutbuk Intel Core i9-13980HX prosessoru vasitəsilə çalışır və özündə NVIDIA GeForce RTX 4090 videokartını, DDR5 standartlı 32/64 GB RAM-ı, 2 TB-a kimi SSD-ni bireləşdirir. Legion 9i noutbuku Legion Coldfront adlı maye soyutma sisteminə sahibdir. Bununla yanaşı onun konstruksiyasına 3 ədəd güclü pər quraşdırılıb. Batareya həcminə gəldikdə isə noutbuk 99.99 vatt saatlıq batareya ilə təchiz olunub. Şarj adapterinin gücü isə 330 vatt təşkil edir. Lenovo Legion 9i gələn ay satışa çıxacaq və Avropa bazarında 4499 avroya satılacaq.



DAHA ÇOX


ChatGPT dəstəkli smart eynək təqdim edilib - QİYMƏTİ

Solos adlı şirkət süni zəka əsaslı ChatGPT çat-botuna sürətli keçid funksiyasına sahib AirGo 3 adlı ..


Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, OpenAI CEO-su ilə süni zəka dəst..

The Information saytının verdiyi məlumata əsasən Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, Ope..


Meta Quest 3 qarışıq reallıq cihazının satış tarixi açıqlanıb (VİDEO)..

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Meta Quest 3 qarışıq reallıq (AR + VR) cihazın..


Ray-Ban Meta Smart Glasses smart eynəyi təqdim edilib - QİYMƏTİ (VİDEO)

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Ray-Ban Meta Smart Glasses smart eynəyini təqd..


Google şirkəti bugün 25 yaşını qeyd edir

Dünyanın ən nüfuzlu texnoloji şirkətlərindən biri olan Google bugün 25 yaşını qeyd edir. ..


Tesla öz elektromobillərinin istehsalat xərclərini azaltmağın yolunu tapıb..

Verilmiş məlıumata əsasən Tesla şirkəti özünün Gigacasting adlı pressləmə texnologiyasının təkmilləş..

×