Lenovo Legion Glasses VR eynəyi təqdim edilib - QİYMƏTİ

Lenovo Legion Glasses VR eynəyi təqdim edilib - QİYMƏTİ

Texnologiya
01.09.2023 PAYLAŞIM

    Lenovo şirkəti IFA 2023 sərgisində Legion Go adlı portativ oyun konsolu ilə yanaşı həmçinin Legion Glasses adlı VR eynəyini də təqdim edib. Şirkət bu yeni məhsulunu daşınıla bilən təkmilləşdirilmiş virtual monitor kimi qələmə verir. Lenovo Glasses USB Type-C girişinə sahib istənilən cihaza qoşula bilir. Lakin o daha çox Legion Go portativ oyun konsolundan istifadə üçün nəzərdə tutulub. Sözügedən VR eynək kameralara sahib deyil. Buna görə də o, AR imkanları təklif etmir.


    Bunun əvəzinə eynək iki ədəd micro-LED ekranla təchiz olunub. Hər bir ekran 60 Hz-lik təsvir yenilənməsini dəstəkləyir və Full HD keyfiyyətə sahibdir. Üstəlik eynəyin kənar hissələrində səsgücləndiricilər yerləşdirilib. Lenovo Legion-u Windows, macOS Android vasitəsilə çalışan cihazlara qoşmaq mümkündür. Bunun üçün sadəcə olaraq cihazın USB Type-C girişinə sahib olması lazımdır. Lenovo Legion Glasses gələn ay 329$ qiymətində satışa çıxacaq.



DAHA ÇOX


ChatGPT dəstəkli smart eynək təqdim edilib - QİYMƏTİ

Solos adlı şirkət süni zəka əsaslı ChatGPT çat-botuna sürətli keçid funksiyasına sahib AirGo 3 adlı ..


Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, OpenAI CEO-su ilə süni zəka dəst..

The Information saytının verdiyi məlumata əsasən Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, Ope..


Meta Quest 3 qarışıq reallıq cihazının satış tarixi açıqlanıb (VİDEO)..

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Meta Quest 3 qarışıq reallıq (AR + VR) cihazın..


Ray-Ban Meta Smart Glasses smart eynəyi təqdim edilib - QİYMƏTİ (VİDEO)

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Ray-Ban Meta Smart Glasses smart eynəyini təqd..


Google şirkəti bugün 25 yaşını qeyd edir

Dünyanın ən nüfuzlu texnoloji şirkətlərindən biri olan Google bugün 25 yaşını qeyd edir. ..


Tesla öz elektromobillərinin istehsalat xərclərini azaltmağın yolunu tapıb..

Verilmiş məlıumata əsasən Tesla şirkəti özünün Gigacasting adlı pressləmə texnologiyasının təkmilləş..

×