
Lenovo Legion Go portativ oyun konsolu barəsində növbəti məlumatlar verilib
Elm & Texnologiya
29.08.2023
Emil
Son məlumat sızıntılarına əsasən Lenovo şirkəti hal hazırda Legion brendi altında portativ oyun konsolunu hazırlayır və onun Lenovo Legion GO adını əldə edəcəyi gözlənilir. İndi isə sözügedən portativ oyun konsolunun texniki göstəriciləri barəsində növbəti məlumatlar təqdim edilib. Təqdim edilmiş məlumatlara əsasən Lenovo Legion GO konsolu 144 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli 8.8 düym IPS ekran ilə təchiz olunacaq. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edəcək.
Portativ oyun konsolu öz konfiqurasiyasından asılı olaraq AMD Ryzen Z1 və ya Ryzen Z1 Extreme prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı o özündə 16 GB RAM-ı və 256 GB-dan 1 TB-a kimi SSD-ni birləşdirəcək. Məlumatda qeyd edilib ki, oyun konsolu həmçinin microSD kart girişinə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə də sahib olacaq. Batareyaya gəldikdə isə Legion GO-nun 65 vatt gücündə sürətli şarj texnologiyalı 49.2 vatt saatlıq batareyaya sahib olacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
