Logo
    main-post-cover

    Lenovo Legion Slim 5 gaming noutbuku təqdim edilib - QİYMƏTİ

        Lenovo şirkəti qlobal bazarda Legion Slim 5 adlı kompakt ölçülü gaming noutbukunu təqdim edib. Sözügedən yeni gaming noutbuku AMD Ryzen prosessoru və NVIDIA GeForce RTX viodeokartı ilə seçilir. Beləliklə Lenovo Legion Slim 5 noutbuku 120 Hz-lik təsvir yenilənməsinə sahib 2880x1800 piksel keyfiyyətli 14 düym OLED ekran ilə təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Noutbukun çəkisi 1.9 kq, qalınlığı isə 21 mm-dir.
        Lenovo Legion Slim 5 AMD Ryzen 9 7940HS adlı 4 nanometrlik 8 nüvəli prosessor vasitəsilə çalışır və özündə GDDR6 standartlı 8 GB-lıq NVIDIA GeForce RTX 4060 videokartını birləşdirir. Noutbuk 64 GB RAM, 1 TB SSD ilə təchiz olunub və 73.6 vatt saat həcmli batareyaya sahibdir. Üstəlik noutbuk 140 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir. Lenovo Legion Slim 5 özündə USB-C, USB-AHDMI 2.1 girişlərini birləşdirir. Lenovo-nun bu yeni gaming noutbuku gələn ay 1440$ qiymətində satışa çıxacaq.
    Paylaş
    Bənzər xəbərlər