Logo
    main-post-cover

    Lenovo Legion Y34w adlı yeni gaming monitor təqdim edilib - QİYMƏTİ

        Lenovo şirkəti Legion brendi altında yeni gaming monitorunu təqdim edib. Söhbət, Legion Y34w adlı monitordan gedir. Sözügedən monitor 165 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 34 düym mini-LED ekran ilə təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit təşkil edir. Bununla yanaşı ekran DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir, DisplayHDR1000 sertifikatını özündə birləşdirir və  AMD Freesync Premium Pro texnologiyası ilə 10 bit-lik rəngi dəstəkləyir. Legion Y34w bir neçə USB Type-C girişinə, HDMI 2.1DisplayPort 1.4 girişlərinə sahibdir. Monitor bu ayın sonunda Çin bazarında satışa çıxacaq və 420$-a satılacaq. Onun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş
    Bənzər xəbərlər