Logo
    main-post-cover

    Lenovo MediaTek prosessoru vasitəsilə çalışacaq flaqman planşet üzərində çalışır

    Elm & Texnologiya
    16.11.2022
    Emil
        Flaqman texniki özəlliklərə sahib Android planşetlərin bazarda sayı azdır. Məsələn Snapdragon 888 və ya Snapdragon 8+ Gen 1 prosessoruna sahib Android planşetlər ümumiyyətlə yoxdur. Snapdragon 8 Gen 1 prosessoru əsasında isə təkcə Galaxy Tab S8 planşeti çalışır. Lakin Lenovo şirkəti bu vəziyyəti dəyişməyə hazırlaşır. Belə ki, verilmiş məlumata əsasən Lenovo hal hazırda flaqman Android planşet üzərində çalışır. Lakin maraqlı nüans ondan ibarətdir ki, hazırlanan planşet Snapdragon prosessoru ilə deyil, MediaTek Dimensity prosessoru ilə çalışacaq.
        Söhbət, MediaTek-in Dimensity 9000 adlı flaqman prosessorundan gedir. Sözügedən planşetin hətta adı da Google Play Console-da ortaya çıxıb. Beləliklə hazırlanan planşet Lenovo Tab Extreme adını əldə edəcək. Onun adını Google Play Console-da ortaya çıxması planşetin yaxın zamanda satışa çıxacağına işarə edir. Bu planşet barəsində o qədər də çox məlumat yoxdur. Prosessor modelindən əlavə olaraq məlumdur ki, Lenovo Tab Extreme planşeti 3000x1876 piksel keyfiyyətli ekran, 8 GB RAM ilə təchiz olunacaq və Android 13 vasitəsilə çalışacaq.
    Paylaş
    Bənzər xəbərlər