Logo
    main-post-cover

    Lenovo-nun portativ oyun konsolunun fotoları ortaya çıxıb

        Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Lenovo şirkəti öz portativ oyun konsolu üzərində çalışır və o, Lenovo Legion GO adını əldə edəcək. İndi isə şirkətin ilk portativ oyun konsolunun render fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolardan da görmək olar ki, Lenovo Legion GO hal hazırda bazarda olan digər portativ oyun konsollarının (Steam Deck Nintendo Switch) özəlliklərini əldə edəcək.
        Lenovo mühəndisləri Nintendo-dan Joy-Con adlı çıxarıla bilən gamepadları, Steam Deck-dən isə touchpad-ı mənimsəyiblər. İdarəetmə düymələrinin yerləşmə tərzləri daha bir portativ oyun konsolunu xatırladırlar. Söhbət, ASUS ROG Ally-dan gedir. Son məlumat sızıntılarına əsasən Lenovo Legion GO konsolu 8 düym ekrana, AMD Phoenix prosessoruna və Windows 11 əməliyyat sisteminə sahib olacaq.
    Paylaş
    Bənzər xəbərlər