main-post-cover

    Lenovo öz portativ oyun konsolu üzərində çalışır

    Elm & Texnologiya
    01.08.2023
    Emil Nəcəfov
        Nintendo Switch ilə Steam Deck-in satışa çıxmasından sonra portativ oyun konsolları alıcılar arasında çox məşhur oldu. Bu cür oyun konsollarının alıcılar arasında böyük tələbata sahib olmaları əksər şirkətlərdə özlərinin portativ oyun konsollarının hazırlanması düşüncələrinə səbəb olur. Hələ bir neçə müddət bundan öncə ASUS şirkəti ROG Ally adlı portativ oyun konsolunu təqdim etmişdi. İndi isə məlum olub ki, Lenovo da buna bənzər cihaz üzərində çalışır.
        Ortaya çıxmış məlumata əsasən Lenovo şirkətinin portativ oyun konsolu Legion Go adını əldə edəcək və 8 düym ekranla təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Steam Deck ilə ASUS Rog Ally konsolları 7 düym ekrana sahibdirlər. Məlumatda həmçinin qeyd edilib ki, Lenovo Legion Go Windows 11 əməliyyat sisteminə sahib olacaq və AMD Phoenix prosessoru vasitəsilə çalışacaq. Lenovo-nun portativ oyun konsolunun nə zaman təqdim olunacağı barəsində bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər