
"Lenovo" rəsmi olaraq Moto Z Play-i təqdim edib
Elm & Texnologiya
07.05.2017
Farid
Gözlənildiyi kimi "Lenovo” şirkəti IFA 2016 sərgisində Moto Z Play smartfonunu təqdim edib. Yeni model smartfon hansı özəlliklərə sahibdir?
Flaqman dizaynına sahib Moto Z Play smartfonunun arxa qapağı
metal əvəzinə şüşədən hazırlanıb və orta səviyyəli texniki göstəricilərə
sahibdir. "Technote.az”ın "Engaged.com”a istinadən verdiyi xəbərə əsasən
smartfon USB Type-C-dən əlavə olaraq 3.5 mm-lik audio giriş ilə də təchiz
olunub. Smartfonun texniki göstəriciləri ilə sizləri tanış edirik.
- 1920x1080 piksel keyfiyyətli 5.5 inç Full HD ekran
- 2 GHz tezlikli 8 nüvəli Snapdragon 625 prosessoru
- 3 GB RAM və 32/64 GB daxili yaddaş (microSD dəstəklənir)
- 16 MP arxa və 5 MP ön kamera
- 3510 mAh enerji tutumlu batareya
- Android 6.0.1 əməliyyat sistemi və barmaq izi skanı
funksiyası
Moto Z Play-in satışları oktyabr ayında start götürəcək və
500 avro qiymətinə satılacaq.
Paylaş
Bənzər xəbərlər