main-post-cover

    Lenovo şirkəti 4 arxa kameralı Z6 Pro flaqman smartfonunu təqdim etdi (VİDEO)

    Elm & Texnologiya
    23.04.2019
    Farid Pardashunas
        Lenovo şirkəti özünün Lenovo Z6 Pro adlı flaqman smartfon modelini təqdim etdi. Təqdim olunmuş Lenovo Z6 Pro smartfonu yeni nəsil Snapdragon prosessoru əsasında qurulmuş yüksək performanslı texniki göstəricilər, təkmilləşdirilmiş kamera çəkiliş özəllikləri və sürətli enerji yığma tenxologiyalı böyük həcmli batareya əldə edib. Beləliklə Lenovo Z6 Pro modeli Full HD+ keyfiyyətli 6.36 düym AMOLED ekrana sahibdir. Ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissə yerləşir. Bununla yanaşı smartfonun ekranı həmçinin HDR10 standartını da dəstəkləyir. İstifadəçinin gözlərinin qorunması üçün ekran göy rəng filtrinə sahibdir.

        Əsas texniki göstəricilərə gəldikdə isə smartfon maye soyutma sistemli Snapdragon 855 prosessoru, 6/8/12 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 48 MP + 16 MP (125 dərəcə bucaq təsvirli) + 8 MP + 2 MP (ToF kamera modulu) dördlü arxa kamera, 32 MP-lik ön kamera və 27 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Arxa kameralar üçün nəzərdə tutulmuş xüsusi proqram təminatı alqoritmi vasitəsilə istifadəçi 100 MP-lik keyfiyyətdə fotolar əldə edə bilər. Bunun üçün hər 4 arxa kameranı istifadə etmək lazım gələcək.

        Həm arxa kamera həm də ön kamera süni zəka alqoritmi dəstəyini əldə edib. Həmin alqoritm sayəsində kameralar avtomatik şəkildə kadrdakı səhnəni təyin edir və ona uyğun çəkiliş effektlərini təqdim edir. Qeyd etmək lazımdır ki, Lenovo Z6 Pro modeli həmçinin 3.5 mm-lik audiogiriş və ekrana inetqrasiya edilmiş barmaq izi skanı texnologiyası ilə də təchiz olunub. Smartfon ZUI 11 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Çində Lenovo Z6 Pro smartfonu 29 aprel tarixində satışa çıxacaq. 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 431$-a, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 446$-a, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib versiya 565$-a, 12 GB RAM və 512 GB daxili yaddaşa sahib versiya isə 744$-a satılacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər