main-post-cover

    Lenovo şirkəti əyilə bilən ekrana sahib yeni Motorola RAZR modeli üzərində çalışır

    Elm & Texnologiya
    17.01.2019
    Farid Pardashunas
        The Wall Street Journal saytının verdiyi məlumata əsasən Lenovo şirkəti bir vaxtlar məşhur olmuş Motorola RAZR modelini geri qaytarmaq istəyir. Lakin yeni Motorola RAZR barəsində məlumat çox azdır. Saytın verdiyi məlumata əsasən yeni Motorola RAZR modeli Galaxy F kimi əyilə bilən ekrana sahib olacaq. Lakin smartfonun hansı əməliyyat sistemi vasitəsilə çalışacağı məlum deyil.
        Nəzərə alsaq ki, Lenovo və Motorola smartfonları Android əməliyyat sistemi ilə çalışırlar, burdan da belə qənaətə gəlmək olar ki, yeni Motorola RAZR modeli də məhz Android əməliyyat sistemi vasitəsilə çalışacaq. Şirkət 200.000 ədəd yeni Motorola RAZR modelini satışa çıxartmaq istəyir.

        The Wall Street Journal-ın məlumatına əsasən şirkət sözügedən smartfonu artıq gələn ay satışa çıxarda bilər. Bu halda smartfon eksklüziv olaraq ABŞ-ın Verizon mobil operatoru tərəfindən satılacaq və 1500$ qiymətinə sahib olacaq. Qeyd etmək lazımdır ki, bu, yeni Motorola RAZR modeli barəsində ortaya çıxmış ilk məlumat deyil. Hələ keçən il Lenovo şirkətinin general direktoru bildirmişdi ki, şirkət retro telefonu geri qaytara bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər