
Lenovo şirkəti Legion brendi altında özünün gamer smartfonunu hazırlayır
Elm & Texnologiya
10.04.2019
Emil
Lenovo şirkəti rəqiblərdən geri qalmayaraq özünün gamer smartfonunu istehsal etməyi qərara aldı. Bu barədə Gagadget saytı xəbər verib. Belə ki, şirkət Çinin Weibo adlı sosial şəbəkəsində öz gamer smartfonunun render fotosunu təqdim edib. Render fotoda smartfonun yalnız ön paneli əks olunub. Fotodan da görmək olar ki, smartfon ekranının üzərində heç bir çıxıntı hissə yoxdur.
Yeni smartfon Lenovo şirkətinin Legion adlı oyun şöbəsi vasitəsilə istehsal ediləcək. Bu şöbə həmçinin istifadəçilər üçün gamer noutbooklarının istehsalı ilə də məşğuldur. Şirkətin ilk gamer smartfonu barəsində heç bir məlumat yoxdur. Lakin güman etmək olar ki, o, 8 nüvəli Snapdragon 855 prosessoru ilə təchiz olunacaq. Smartfon 24 aprel tarixində təqdim olunmalıdır. Onun əsas rəqiblıəri kimi isə Asus ROG Phone, Xiaomi Black Shark 2 və Razer Phone 2 smartfonları çıxış edirlər.
Paylaş
Bənzər xəbərlər