main-post-cover

    Lenovo şirkəti sözün əsl mənasında tam çərçivəsiz smartfonun fotosunu təqdim edib

    Elm & Texnologiya
    09.05.2018
    Farid Pardashunas
    Lenovo şirkətinin vitse prezidenti Chang Cheng, Weibo saytındakı hesabında sözün əsl mənasında tam çərçivəsiz smartfonun fotosunu paylaşıb. Fotodan da görmək olar ki, sözügedən smartfon modelində hətta ekranın yuxarı hissəsində çıxıntı yeri də olmayacaq. Bu barədə Androidpure saytı xəbər verib. Paylaşılmış fotodan əlavə olaraq Chang Cheng istifadəçilər arasında bir sorğu da aparıb.

    Öz sorğusunda o, istifadəçilərdən soruşub ki, əsl çərçivəsiz smartfonda ekranın korpusa nisbəti neçə faiz olmalıdır? 80-84%, 85-89% və ya 90-94%. Sorğusunun sonunda isə Chang Cheng bildirib ki, Lenovo şirkətinin yeni smartfonunda ekran ön panelin 95%-dən çox hissəsini əhatə edəcək. Bu isə o deməkdir ki, sözügedən smartfon demək olar ki, kənar və alt-üst çərçivələrdən tamamilə azad olacaq. Smartfon 14 İyun tarixində təqdim olunacaq. Buna görə də yaxın zamanda onun haqqında bir çox məlumat sızıntısının olacağını gözləmək olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər