
Lenovo şirkəti Tab M11 planşeti üzərində çalışır
Texnologiya
28.09.2023
Emil Noisy
Lenovo şirkəti bu ilin əvvəlində 5G dəstəkli Tab M10 planşetini təqdim etmişdi. İndi isə şirkət onun davamçısı üzərində çalışır. Söhbət, Lenovo Tab M11-dən gedir. İnternetdə bu yeni planşetin render fotoları və bəzi texniki göstəriciləri ortaya çıxıb. Məlumata əsasən Lenovo Tab M11 planşeti 1920x1200 piksel keyfiyyətli 11 düym LCD ekranla təchiz olunacaq. Planşet MediaTek Helio G88 prosessoru vasitəsilə çalışacaq və özündə 4/8/12 GB RAM ilə 128 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini birləşdirəcək. Lenovo Tab M11 Android 13-ə sahib olacaq və minimum 2 əməliyyat sistemi yenilənməsini əldə edəcək. Bununla yanaşı planşet stilus dəstəyinə sahib olacaq. Lenovo Tab M11-in yaxın zamanda təqdim olunacağı gözlənilir.



Linki kopyala
Həftənin xəbərləri

