main-post-cover

    Lenovo şirkəti yeni ThinkPad P15v 2022 Ryzen Edition noutbukunu təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    04.11.2022
    Farid Pardashunas
        Lenovo-nun ThinkPad noutbuk seriyası yeni model ilə genişləndirilib. Belə ki, şirkət Lenovo ThinkPad P15v 2022 Ryzen Edition noutbukunu təqdim edib. Adından da bəlli olduğu kimi sözügedən noutbuk AMD prosessoru ilə təchiz olunub. Bununla yanaşı o özündə NVIDIA videokartını və DDR5 standartlı RAM yaddaşını birləşdirir. Yeni Lenovo ThinkPad P15v 2022 Ryzen Edition modeli Full HD keyfiyyətli 15.6 düym ekran ilə təchiz olunub. Ekran matrisası sRGB rəng əhatəsinin 100%-ni dəstəkləyir və onun maksimal parlaqlıq səviyyəsi 300 nit təşkil edir. Noutbuk 8 nüvəli Ryzen 7 6800H prosessoru, 16 GB RAM 512 GB NVMe daxili yaddaşı ilə təchiz olunub.
        İstifadəçi öz istəyinə uyğun olaraq noutbukun RAM yaddaşını maksimum 64 GB-a kimi, daxili yaddaşını isə 2 TB-a kimi təkmilləşdirə bilər. Lenovo ThinkPad P15v 2022 Ryzen Edition-da qrafik özəlliklərdən GDDR6 standartlı NVIDIA T600 videokartı cavabdehdir. Noutbukun gövdəsində həmçinin USB 4.0, HDMI 2, Ethernet girişləri və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş mövcuddur. Noutbuk özündə 68 vatt saat həcmli batareyanı birləşdirir. Lenovo ThinkPad P15v 2022 Ryzen Edition modeli qutudan Windows 11 vasitəsilə çalışır və 1024$ qiymətində satışa çıxıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər