
Lenovo Tab M10 5G adlı yeni büdcəli planşet təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
14.07.2023
Emil
Lenovo şirkəti Hindistanda Tab M10 5G adlı yeni büdcəli planşetini təqdim edib. Sözügedən yeni planşet 2000x1200 piksel keyfiyyətli 10.61 düym LCD ekran ilə təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Planşet Snapdragon 695 prosessoru vasitəsilə çalışır və özündə 4/6 GB RAM-ı, 128 GB yaddaş həcmini və 7700 mAh enerji tutumlu batareyanı birləşdirir.
Lenovo Tab M10 5G həmçinin 13 MP-lik arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Lenovo-nun verdiyi məlumata əsasən planşet bir dəfə şarj olunandan sonra video izləmə rejimində 12 saat ərzində çalışa bilir. Üstəlik Lenovo Tab M10 5G özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri də birləşdirir. Planşet artıq sabah Hindistanda 305$ qiymətində satışa çıxacaq. Onun qlobal bazarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər