Lenovo ThinkVision 27 3D adlı yeni monitorunu təqdim edib - QİYMƏTİ

Lenovo ThinkVision 27 3D adlı yeni monitorunu təqdim edib - QİYMƏTİ

Texnologiya
04.09.2023 PAYLAŞIM

    Lenovo şirkəti IFA 2023 sərgisi çərçivəsində ThinkVision 27 3D adlı yeni monitorunu təqdim edib. Sözügedən monitorda çalışmaq üçün 3D eynəklərə sahib olmaq şərt deyil. Şirkətin sözügedən yeni monitoru istifadəçi baxışlarının izlənməsi texnologiyasını əldə edib. Monitor iki təsviri əks etdirə bilir. Yəni istifadəçinin hər gözünə bir təsvir əks olunur. Əks olunan təsvirlərin fərqli perspektivləri hesabına məhz 3D effekt yaranır. Qeyd etmək lazımdır ki, 3D effekt həmçinin istifadəçinin baş hissəsinin hansı vəziyyətdə yerləşməsindən də asılıdır.


    Lenovo bildirib ki, monitor tərəfindən əks olunan təsviri 3D formatda görmək üçün istifadəçi monitordan 60-100 sm aralıda olmalıdır. 3D təsvirin genişliyinə gəldikdə isə o, 40 sm enə uzana bilir. Lenovo ThinkVision 27 3D monitoru 30 Hz-lik təsvir yenilənməsinə sahib 2160x1920 piksel keyfiyyətli 27 düym IPS ekran ilə təchiz olunub. Lakin monitorda 3D effekti deaktiv edən zaman onun ekranı 60 Hz-lik təsvir yenilənməsinə sahib 4K Ultra HD keyfiyyətli ekrana çevrilir.

    Qeyd etmək lazımdır ki, ekranın maksimal parlaqlıq səviyyəsi 310 nit təşkil edir və o, sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 99%-ni əhatə edir. Monitor özündə USB Type-C, USB Type-A, DisplayPort 1.4, HDMI 2.1 girişlərini və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirir. Lenovo ThinkVision 27 3D gələn ilin yanvar ayında 3000$ qiymətində satışa çıxacaq.



DAHA ÇOX


Google Fitbit Charge 6 smart qolbağını təqdim edib - QİYMƏTİ

Google şirkəti 2021-ci ildə smart qolbaq istehsalçısı olan Fitbit-i almışdı. İndi isə şirkət sözüged..


Lenovo şirkəti Tab M11 planşeti üzərində çalışır

Lenovo şirkəti bu ilin əvvəlində 5G dəstəkli Tab M10 planşetini təqdim etmişdi.


OnePlus Buds Pro 3 naqilsiz qulaqlığının fotoları təqdim edilib

OnePlus şirkətinin hal hazırda üzərində çalışdığı yeni məhsullardan biri də OnePlus Buds Pro 3 adlı ..


ChatGPT dəstəkli smart eynək təqdim edilib - QİYMƏTİ

Solos adlı şirkət süni zəka əsaslı ChatGPT çat-botuna sürətli keçid funksiyasına sahib AirGo 3 adlı ..


Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, OpenAI CEO-su ilə süni zəka dəst..

The Information saytının verdiyi məlumata əsasən Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, Ope..


Meta Quest 3 qarışıq reallıq cihazının satış tarixi açıqlanıb (VİDEO)..

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Meta Quest 3 qarışıq reallıq (AR + VR) cihazın..

×