Logo
    Lenovo yeni gaming monitorunu təqdim edib

    Lenovo yeni gaming monitorunu təqdim edib

        Lenovo şirkəti özünün Legion brendi altında yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş yeni gaming monitori Lenovo Legion R27fc-30 adını əldə edib. Beləliklə Lenovo Legion R27fc-30 adlı yeni gaming monitoru 240-280 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 27 düym VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 350 nit təşkil edir. Ekran həmçinin sRGB rəng diapazonunun 99%-ni, DCI-P3 rəng diapazonunun isə 90%-ni əhatə edir. Sözügedən yeni gaming monitoru özündə 2 ədəd səsgücləndiricini birləşdirir və onlardan hər biri 3 vatt gücündədir. Lenovo Legion R27fc-30-un nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumat verilməyib.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Lenovo yeni gaming monitorunu təqdim edib