Logo
    main-post-cover

    Lenovo yeni ultrageniş monitorunu təqdim edib - QİYMƏTİ

        Lenovo şirkəti ThinkVision P49w-30 adlı yeni monitorunu təqdim edib. Təqdim edilmiş bu yeni ultrageniş monitor əyilmiş dizaynda reallaşdırılıb. Lenovo ThinkVision P49w-30 əsasən müxtəlif professional tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulsa da, kompüter oyunlarını oynamağa da yarayır. Beləliklə bu yeni monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 5120x1440 piksel keyfiyyətli 49 düym IPS ekran ilə təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 350 nit təşkil edir. O, DCI-P3 rəng diapazonunun 98%-ni əhatə edir və özündə 5 vatt gücündə olan bir neçə səsgücləndiricini birləşdirir. Bununla yanaşı Lenovo ThinkVision P49w-30 HDMI 2.1, DisplayPort 1.4, Thunderbolt 4USB Type-C girişlərinə sahibdir. Yeni monitorun nə zaman satışa çıxacağı barəsində məlumat daha sonra veriləcək. Lakin məlumdur ki, onun ABŞ bazarında qiyməti 1905$ təşkil edəcək.
    Paylaş
    Bənzər xəbərlər