
LG avtomobil salonunun istənilən hissəsini səsgücləndiriciyə çevirən texnologiyanı təqdim edib
Elm & Texnologiya
22.11.2022
Emil
LG şirkəti Thin Actuator adlı yeni texnologiyanı təqdim edib. Sözügedən texnologiya avtomobilin tavanını, mərkəzi idarəetmə panelini və ya salonunun istənilən digər bir yerini akustik sistemə çevirmək imkanını verir. Daha öncə şirkət bu texnologiyanı öz televizorlarında istifadə etmişdi. İndi isə onu avtomobil salonları üçün adaptasiya edib. Öz bloqunda LG qeyd edib ki, Thin Actuator texnologiyası musiqi dinləmə zamanı musiqi səsinə dalma effektini yaradır.

Sözügedən cihazı istənilən yastı səthin üzərinə və ya altına yerləşdirməklə həmin yastı səthi səsgücləndiriciyə çevirmək mümkündür. Cihaz 40 qramm çəkiyə sahib kiçik panel formasındadır. Sözügedən panel vibrasiya hesabına səsgücləndirici diffuzor rolunda çxış edərək səsin verilməsini təmin edir. LG-nin verdiyi məlumata əsasən Thin Actuator texnologiyası əsasında hazırlanmış səsgücləndirici ənənəvi səsgücləndiricilər ilə müqayisədə 70% daha yüngül və 90% daha kompakt öçülü olur.
.png)
Bu cür kiçik ölçü hesabına isə səsgücləndiricini avtomobil salonunun istənilən yerinə quraşdırmaq olar. Texnologiyanın daha bir üstünlüyü onun ekoloji olmasındadır. Belə ki, kiçik ölçülü panelin tərkibində nadir metallar mövcud deyil. Şirkət sözügedən texnologiya əsasında hazırlanmış ilk səsgücləndiriciləri 2023-cü ilin birinci yarısında satışa çıxartmağı planlaşdırır. Yanvar ayında Las Veqasda baş tutacaq CES 2023 sərgisində isə şirkət Thin Actuator texnologiyasının kommersiya məqsədli versiyasını təqdim edəcək. Onun yastı səs paneli olacağı güman edilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
