Logo
    main-post-cover

    LG-dən orta-seqment üçün yeni model

    LG bu gün səhər saatlarında "LG Class" adlı yeni model istehsal edəcəklərini açıqladı. Orta seqment insanları üçün nəzərdə tutulan bu telefon təxminən 340 dollar qiymətində olacaq. Şirkət bu modeli 3 rəngdə ictimaiyyətə təqdim edəcək: Qızılı(Gold), Gümüş(Silver) və Tünd Mavi(Blue Black) rənglərində olacaq bu telefon üçün Ağ(White) rəng seçimi irəli tarixlərdə mümkün olacaq.
    LG bu modelində də öz unikal dizaynını tətbiq etməklə istifadəçilərə eleqant model təklif edir. "Class" modelinin texniki xüsusiyyətləri isə göz qamaşdırır. Metal korpusa malik olan "Class" 8 MP ön kameraya sahib olub "G4" modelindəki sensorlarla təchiz olunmuşdur. 5 inch 720 p ekran, Snapdragon 410 Soc, 13 MP kamera, 2 GB Ram və 16 GB daxili yaddaşla təchiz olunan bu telefon performansı ilə bazarda bir çox telefona rəqib olacaq. Həmçinin bu model 2 TB-a qədər xarici yaddaş kartı dəstəkləyir. Digər modellərdə olduğu kimi LTE, NFC, Bluetooth 4.1 kimi funksiyaları dəstəkləyir. Android 5.1 Lollipop əməliyyat sistemi ilə gələcək bu model 2050 mAh batareya ilə təmin olunub. 
    Hələlik Cənubi Koreya üçün istehsal olunan və bazarına çıxarılan bu telefonun dünya bazarına çıxması sual altındadır. Ancaq bir çox sahibkar ümid edirki, bu telefonu dünya bazarında çıxara bilər. Bəs sizcə bu telefon ölkəmizin bazarlarına təqdim olunsa, digər orta seqment modellərlə rəqabətə girə bilərmi?
    Paylaş
    Bənzər xəbərlər