
LG G6-nın dizayn görüntüsü sızdırıldı
Elm & Texnologiya
07.05.2017
Farid
"LG” şirkəti, MWC 2017 sərgisi çərçivəsində LG G6 smartfonunu təqdim edəcək.
Bir sıra insayderlər isə smartfonun necə görünəcəyini göstərən
fotonu təqdim ediblər. Əvvəlki məlumatlara əsasən yeni flaqman, 5.7 inç ekrana
sahib olacaq. Korpusun çərçivələri çox nazik olacaq. Bunun hesabına ekran ön
panelin 90% hissəsini əhatə edəcək. Smartfonun aşağı hissə çərçivəsinin
qalınlığı yuxarıdakından bir qədər qalın olacaq. Qeyd etmək lazımdır ki, LG G6,
modullu smartfon olmayacaq. Şirkət bu xüsusiyyətdən imtina etməyi qərara alıb.
Korpus şüşə və metaldan hazırlanacaq Bununla yanaşı LG G6, 3.5 mm-lik standart
audiogirişi özündə qoruyacaq və sudan, tozdan qorunma xüsusiyyətinə sahib
olacaq. Smartfon yeni Qualcoom Snapdragon 835 prosessoru üzərində çalışacaq. Həmçinin
məlumdur ki, o, ikili arxa kamera və barmaq izi skanı ilə təchiz olunacaq.
Paylaş
Bənzər xəbərlər