main-post-cover

    LG G8-in keyfiyyətli render fotoları ortaya çıxdı

    Elm & Texnologiya
    18.01.2019
    Farid Pardashunas
        OnLeaks ləqəbi ilə tanınan məşhur insayder 91mobiles saytı ilə birlikdə LG G8 flaqman smartfonun ilk keyfiyyətli render fotolarını yaradıb. Beləliklə render fotolardan da görmək olar ki, LG G8 modeli LG G7 ThinQ smartfonundan xarici görünüşcə heç də fərqlənməyəcək. LG G8 də şüşə materialdan hazırlanmış gövdəyə, genişformatlı ekrana, ekran üzərində çıxıntı hissəyə və ikili arxa kameraya sahib olacaq.
        LG G8-in fərqli özəllikləri sırasında yalnız ikili ön kameranı qeyd etmək olar. Smartfonun sağ hissəsində səsin tənzimlənməsi və yandırıb/söndürmə düymələrini, sol tərəfində isə Google Assistant səsli köməkçisini aktivləşdirəcək düyməni görmək olar.

        Smartfonun texniki göstəriciləri barəsində məlumatlar demək olar ki, yox dərəcəsindədir. Lakin gözləntilərə əsasən smartfon 19.5:9 nisbətli 6.1 düym ekran, Snapdragon 855 prosessoru, USB-C girişi və ənənəvi 3.5 mm-lik audiogiriş ilə təchiz olunacaq. LG G8 smartfonunun təqdimatının gələn ayın sonunda keçiriləcək MWC 2019 sərgisində baş tutacağı güman edilir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər