main-post-cover

    LG G8 ThinQ flaqman smartfonunun əsas texniki göstəriciləri ortaya çıxdı

    Elm & Texnologiya
    19.02.2019
    Farid Pardashunas
        Android Enterprise Recommended saytı LG şirkətinin LG G8 ThinQ flaqman smartfonunun əsas texniki göstərici məlumatlarını ortaya çıxartdı. Bu barədə Gagadget saytı Techaarvi saytına istinadən xəbər verib. Beləliklə məlumata əsasən LG G8 ThinQ smartfonu 6.3 düym OLED ekran, Snapdragon 855 prosessoru, 8 GB RAM və 64/128/256 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq. Smartfon Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq.

        Smartfonun əsas özəlliklərindən biri də onun Crystal Sound OLED texnologiyasına sahib olacağıdır. Bu texnologiya sayəsində smartfon səsi səsgücləndiricilər vasitəsilə deyil ekran vasitəsilə ötürəcək. Bununla yanaşı smartfon Face Unlock funksiyası üçün 3D ToF Infineon REAL3 ön kamera modulu ilə də təchiz olunacaq. Qeyd etmək lazımdır ki, LG G8 ThinQ smartfonunun təqdimatı 24 fevral tarixində baş tutacaq. Onun təqribi qiyməti isə 900$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər