main-post-cover

    LG-nin Velvet adlı yeni smartfonunun texniki özəllikləri sızdırıldı

    Elm & Texnologiya
    25.04.2020
    Farid Pardashunas
        LG şirkətinin Velvet adlı yeni smartfon modelinin təqdimatı 7 may tarixində baş tutacaq. Sözügedən smartfon LG şirkətinin mobil sahədəki yeni səhifəsinə start verəcək. Şirkət öz növbəsində əsas diqqətini yeni smartfonun xarici görünüşünə ayırır. İndiyənə kimi onun texniki özəllikləri barəsində çox az məlumat var idi. Lakin insayderlər həmin məlumatları genişləndiriblər.
        Bu barədə Phonearena saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən LG Velvet smartfonu 2460x1080 piksel keyfiyyətli 6.7 düym OLED ekrana sahib olacaq. Ön kamera isə ekranın üzərində yerləşəcək damcı formalı çıxıntı hissənin daxilinə inteqrasiya ediləcək. Cihazın gövdəsi IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir və MIL-STD-810 hərbi standartını dəstəkləyərək yüksək dözümlülüyü özündə birləşdirir.
        Əsas texniki göstəricilərə gəldikdə isə LG Velvet 5G şəbəkə dəstəkli Snapdragon 765 prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş (2 TB-a kimi microSD dəstəkli), sürətli şarj texnologiyalı 4300 mAh enerji tutumlu batareya, 48 MP + 8 MP + 5 MP üçlü arxa kamera və 16 MP-lik ön kamera ilə təchiz olunacaq. İlkin məlumata əsasən smartfon 500$-700$ aralığında satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər