main-post-cover

    LG şirkəti 16 ədəd kameraya sahib smartfonun patentini alıb

    Elm & Texnologiya
    26.11.2018
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə Samsung şirkəti 4 arxa kameralı Galaxy A9 smartfon modelini satışa çıxartmışdı. HMD Global şirkəti isə 5 arxa kameralı Nokia smartfonu üzərində çalışır. Lakin LG şirkəti daha da irəli getmək fikrinə düşüb. Belə ki, şirkət 16 ədəd kameraya sahib cihaz üzərində çalışa bilər. Təbii ki, söhbət hələ ki, cihazın patentindən gedir. Belə ki, LG şirkəti 20 Noyabr tarixində 16 kameraya sahib cihazın patentini əldə edib. Bu barədə Lets Go Digital saytı xəbər verib.

        Patent fotolarından belə qənaətə gəlmək olar ki, 16 ədəd kamera əyilmiş formatda yerləşdiriləcək. Bu isə öz növbəsində fotoları müxtəlif bucaq altında çəkməyə imkan verəcək və hətta bir neçə fotonu hərəkət edən tam bir fotoya birləşdirə biləcək. Bundan əlavə olaraq istifadəçi təqdim olunmuş bir neçə fotolardan ən yaxşısını seçmək və ya əldə olunmuş fotolardan müəyyən hissələri götürərək özü ideal kadrı yarada bilmək imkanına sahib olacaq. Nəticə etibarilə şirkətin bu cür cihazı istehsal edib-etməyəcəyi hələki bilinmir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər