main-post-cover

    LG şirkəti 4 arxa kameralı smartfonun patentini alıb

    Elm & Texnologiya
    31.10.2018
    Farid Pardashunas
        LetsgoDigital adlı mənbə LG şirkətinin 4 arxa kameralı smartfon modelinin patent fotolarını paylaşıb. Patent fotolarından da görmək olar ki, şirkət son vaxtlarda sayı artan arxa kameralar trendinə daxil olmaq istəyir və bu baxımdan Samsung şirkətinə rəqib smartfon modeli üzərində çalışır. Patent fotolarda genişformatlı və üzərində çıxıntı hissə olmayan çərçivəsiz ekrana sahib smartfon əks olunub. Smartfonun uc hissələri dairəvi formadadır. Arxa paneldə 4 kamera və kameraların alt hissəsində barmaq izi skanı texnologiyası yerləşir. Məlumata əsasən LG şirkəti bu smartfonun patent sorğusunu hələ 2016-cı ilin Dekabr ayında göndərmişdi. Bu isə o deməkdir ki, əgər şirkət bu cür smartfonun istehsalı fikrindən daşınmayıbsa deməli o artq cihaz üzərində işləri tamamlamaq üzrədir. Maraqlı sual ondan ibarətdir ki, şirkət hansı səbəbə görə Samsung şirkətini qabaqlayıb bu cür smartfonu istehsal etmədi?

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər