LG şirkəti büdcəli W seriyasına daxil olacaq daha bir smartfon üzərində çalışır

LG şirkəti büdcəli W seriyasına daxil olacaq daha bir smartfon üzərində çalışır

Texnologiya
25.06.2019 PAYLAŞIM

    Artıq sabah LG şirkəti Hindistanda özünün LG W adlı yeni büdcəli smartfon seriyasının ilk cihazı olacaq LG W10 modelinin təqdimatını keçirdəcək. Lakin əldə olunmuş yeni məlumatlara əsasən şirkət bu seriyaya daxil olacaq daha bir smartfon modeli üzərində də çalışır. Bu barədə 91mobiles saytna istinadən Gagadget saytı xəbər verib. 91mobiles saytı LG W seriyasına daxil olacaq ikinci smartfon modelinin posterini və onun barəsində olan məlumatları paylaşıb.


    Beləliklə məlumata əsasən ikinci smartfon modeli LG W30 adlanacaq. O da LG W10 kimi üzərində damcı formalı çıxıntı hissəyə sahib ekran ilə təchiz olunacaq. LG W30 modeli 3 rəngdə satışa çıxacaq: Aurora Green, Gradient Blue və Black. Məlumat sızıntısında smartfonun texniki göstəriciləri barəsində məlumat verilməyib. Lakin gözləntilərə əsasən LG W30 arxa paneldən barmaq izi skanı texnologiyasına və 3 kamera moduluna sahib olacaq. LG W30 modeli 15 iyul tarixində Hindistanda təqdim olunmalıdır. Məlumata əsasən o eksklüziv olaraq Amazon saytında satılacaq.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


ABŞ ilə Çin arasındakı ticarət müharibəsində sülhün əldə olunması üçün razılığa ..

ABŞ ilə Çin uzun müddət sürmüş ticarət müharibəsində sülhün əldə olunması üzrə razılığa gəliblər...


Tesla Cybertruck üçün hazırlanan möhtəşəm qaraj: Cyberbunker

Yaxın günlərdə təqdimatı keçirilən Tesla Cybertruck pikapı üçün möhtəşəm bir qaraj hazırlandı. Cyber..


Galaxy S11-in 108 Mp-lik sensoru Mi Note 10-dan fərqli olacaq

Samsung şirkətinin bir sonrakı flaqman modeli Galaxy S11-də də 108 Mp-lik sensordan istifadə olunaca..


İntel-in 10 illik yol xəritəsi: Prosessorlar 10 nanometrdən 1.4 nanometrə keçəcə..

Intel şirkəti özünün 10 illik yol xəritəsini yayımladı. Görünən odur ki, şirkət prosessorların iste..


OnePlus CES 2020-də ilk ağıllı saatını təqdim edə bilər

Çinli texnologiya şirkəti OnePlus istehsal etdiyi modellər ilə istifadəçilərin sevgisini qazanmışdı...


Satılmış 1 milyon Galaxy Fold məlumatı təkzib olundu

Dünən xəbər verilmişdi ki, Samsung şirkəti artıq bütün dünya üzrə 1 milyon ədəd qatlana bilən Galaxy..