
'LG' şirkəti dünyanın ilk burula bilən televizorunu təqdim etdi (VİDEO)
Elm & Texnologiya
08.01.2018
Emil
Son zamanlar texnoloji şirkətlər əyilə bilən və ya burula bilən texnologiyalar hazırlamağa çalışırlar.
Beləliklə “LG” şirkəti hal
hazırda keçirilən CES 2018 tədbirində xüsusi dayağın daxilində burulan ilk
televizoru təqdim edib. Televizorun Ultra HD ekranı orqanik işıq diodları və
şirkətin söyləmədiyi dgər sirli özəlliklər əsasında hazırlanıb. Televizor 65 sm
dioqonala sahibdir. Onun özü isə bir divar posteri kimi xüsusi dayağın daxilində
burulur. Xarici hissədə televizorun bir hissəsini məlumat paneli kimi saxlamaq
mümkündür. Belə rejimdə ekranda təqvim, hava durumu və saat kimi məlumatlar əks
olunacaq. “LG” bildirib ki, bu televizor heç də kommersiya məhsulu deyil. Şirkət
sadəcə olaraq gələcək televizor baxışını əks etdirmək istəyib.
Paylaş
Bənzər xəbərlər