main-post-cover

    "LG" şirkəti, G6 modelinin mini versiyasını 3 smartfon ilə təqdim etdi

    Elm & Texnologiya
    11.07.2017
    Emil Nəcəfov

    Gözlənildiyi kimi “LG” şirkəti özünün flaqman modeli olan G6-nın mini versiyasını təqdim etdi.

    Lakin bir model əvəzinə şirkət, 3 modeli anons etdi. Söhbət, LG Q6, Q6+Q6α-dan gedir. Yeni modellər öz aralarında sadəcə olaraq yaddaş həcmi və rənglərinə görə fərqlənirlər. Sözügedən modellərin əsas cəhətlərindən biri, onların 5.5 inç FullVision keyfiyyətli ekrana sahib olmalarıdır. Standart LG Q6, 3 GB RAM, 32 GB daxili yaddaş, LG Q6+, 4 GB RAM, 64 GB daxili yaddaş, LG Q6α isə 2 GB RAM və 16 GB daxili yaddaşa sahibdir. Hər 3 smartfon, 8 nüvəli Snapdragon 435 prosessoru vasitəsilə çalışır. İkili arxa kameranın əvəzinə bu 3 smartfonun arxa panelində 13 MP-lik kamera yerləşir. Ön kameralar isə 5 MP-likdir. Hər 3 smartfonun korpusu alüminiumdan hazırlanıb. Batareyaların enerji tutumu 3000 mAh təşkil edir. Nəyəsə görə şirkət yeni smartfonlara barmaq izi skanını əlavə etməyib. Onun yerinə onlar üz skanına sahibdirlər. Asiya bazarında yeni smartfonlar Avqust ayında satışa çıxacaqlar. Daha sonra onların digər ölkələrdə də satışa çıxmaları gözlənilir. Qiymətə gəldikdə isə yeni modellərin qiymətləri hələki bilinmir.
    Linki kopyala