LG şirkəti gələcək smartfonlarının yeni dizaynını təqdim etdi
Elm & Texnologiya
09.04.2020
Farid Pardashunas
LG şirkəti bir neçə ildir ki, öz smartfonlarının dizaynlarını dəyişmir. Lakin yaxın zamanda şirkət bu vəziyyəti dəyişə bilər. Belə ki, LG konseptual cihazın eskizini təqdim edib və qeyd edib ki, öz gələcək smartfonlarında eskizdəki cihazın dizaynını reallaşdıracaq. Bu barədə Gagadget saytı xəbər verib. LG bu cür yeni dizaynı 3D Arc Design adlandırıb. Sözügedən dizayn ekran və arxa panel üzərində simmetrik əyilmələri özündə birləşdirir.
LG-nin təqdim etdiyi yeni dizaynın əsas özəlliyi isə damcı formasında reallaşdırılacaq arxa kameralar olacaq. Beləliklə əsas kamera modulu digər kamera modullarından və LED işıqlandırma sistemindən daha böyük olacaq. Çox güman ki, şirkətin yeni smartfon dizaynını ilk əldə edəcək smartfon modeli LG Chocolate seriyasından olacaq. Son məlumatlara əsasən LG özünün LG G smartfon seriyasını bağlamağı və onun əvəzinə bir vaxtlar məşhur olmuş LG Chocolate seriyasını bərpa etməyi planlaşdırır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ