Logo
    main-post-cover

    LG şirkəti gram SuperSlim adlı yeni ultra nazik noutbukunu təqdim edib - QİYMƏTİ

        LG şirkəti gram adlı noutbuk seriyasına daxil olan yeni noutbuk modelini təqdim edib. Təqdim edilmiş yeni noutbuk gram SuperSlim adını əldə edib. Sözügedən noutbuk öz nazik gövdəsi və texniki göstəriciləri ilə diqqəti cəlb edir. Gram SuperSlim-in gövdəsinin qalınlığı 10.92 mm, çəkisi isə 989 qramm təşkil edir. Noutbuk Full HD keyfiyyətli 15.6 düym OLED ekran ilə təchiz olunub. Ekran DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir. Gram SuperSlim 5 GHz tezlikdə çalışan 12-ci nəsil Intel Core i7-1360P prosessoru vasitəsilə çalışır və özündə 16/32 GB RAM-ı, 2 TB-a kimi SSD-ni və Iris Xe qrafikasını birləşdirir.
        Noutbukun gövdəsində 3 ədəd USB Type-C girişi var və onlardan ikisi Thunderbolt 4 interfeysini dəstəkləyir. Gram SuperSlim-in batareya həcmi isə 60 kilovatt saat təşkil edir. LG-nin sözlərinə əsasən noutbuk bir dəfə şarj olunandan sonra 13 saat ərzində video izləmə rejimində çalışa bilir. Noutbuk artıq satışa çıxıb. 16 GB RAM-a və 512 GB daxili yaddaşa sahib versiya 1700$-a, 32 GB RAM-a və 2 TB SSD-yə sahib versiya isə 2000$-a satılır.
    Paylaş
    Bənzər xəbərlər