LG şirkəti IFA 2019 sərgisində LG G8X ThinQ adlı flaqman smartfonu təqdim etdi
Elm & Texnologiya
06.09.2019
Emil Nəcəfov
LG şirkəti söz verdiyi kimi IFA 2019 sərgisində LG G8X ThinQ adlı flaqman smartfon modelini təqdim etdi. Bu barədə Fonearena saytı xəbər verb. Xarici görünüşcə yeni smartfon LG G8 ThinQ smartfon modelini xatırladır. Əsas fərqləndirici özəlliklərə isə ekran üzərindəki damcı formalı çıxıntı hissəni və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasını aid etmək olar.
Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Full HD+ keyfiyyətli 6.4 düym OLED ekran, Snapdragon 855 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 12 MP (f/1.8 diafraqmalı və optik stabilizasiyalı) + 13 MP ikili arxa kamera, 32 MP-lik ön kamera, sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya və USB-C girişi ilə təchiz olunub. LG G8X ThinQ modeli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır.
Yeni smartfonun özəllikləri arasında həmçinin təkmilləşdirilmiş DualScreen keysini misal gətirmək olar. Onun sayəsində smartfon iki ekranı dəstəkləyir. Onlardan biri 6.4 düym ölçülü əsas OLED ekran, ikincisi isə 2.1 düym monoxrom ekrandır. Monoxrom ekran əsasən bildirişlər üçün nəzərdə tutulub. Sözügedən keys 360 dərəcə açılır və onun daxilindəki ekranı əlavə gamepad və ya böyük QWERTY klaviatura kimi işlətmək mümkündür. Smartfonun və təkmilləşdirilmiş keysin nə zaman satışa çıxacağı barəsində şirkət heç bir məlumat verməyib. Lakin məlum olan odur ki, onlar bu ilin sonuna kimi satışa çıxacaqlar.
Linki kopyala
Həftənin xəbərləri
Süni zəkanın köməyilə yaradılmış dərman insanlar üzərində test edilir
TikTok-un ABŞ-da qadağan edilməsinə hədəflənmiş qanun rəsmi səviyyədə dəstəklənib