main-post-cover

    LG şirkəti iki şəffaf ekrana sahib qatlana bilən cihazın patentini alıb

    Elm & Texnologiya
    11.04.2019
    Farid Pardashunas
        İndi artıq qatlana bilən smartfonlarla kimlərisə təəccübləndirmək çətin məsələdir. Buna görə də LG şirkəti daha da irəli gedərək ikitərəfli şəffaf ekrana sahib qatlana bilən cihazın patentini əldə edib. Bu barədə Macdigger saytı xəbər verib. 9 aprel tarixində ortaya çıxmış patent sorğusunda orta hissədə şarnir mexanizminin yerləşdiyi və iki ədəd şəffaf ekrana sahib cihazdan söhbət gedir. Bu cür konstruksiya sayəsində sözügedən cihaz kitab kimi bağlanıb-açıla bilir.
        Tam açıq şəkildə onu planşet kimi, qapalı şəkildə isə adi smartfon kimi işlətmək olar. Bununla yanaşı istifadəfçi cihaz ekranının istənilən hissəsinə toxunmaqla onunla qarşılıqlı əlaqədə ola bilər. İki ekran bir ekran kimi də çalışa bilər. Lakin güman olunur ki, sözügedən cihaz hər ekranda müxtəlif tətbiqləri əks etdirəcək.

        Patentdə əks olunmuş məlumatda deyilir ki, ekranın şəffaflıq səviyyəsi istifadəçinin cihazı necə tutmasından asılı olacaq. Bu smartfon həmçinin kamera modullarına da sahib olacaq. Gözləntilərə əsasən cihaz 1 ədəd ön kamera və bir neçə ədəd əsas kamera əldə edə bilər. Qeyd etmək lazımdır k, bu patent o demək deyil ki, LG şirkəti mütləq şəkildə bu cür cihazı satışa çıxardacaq. Bir çox patentlər nəticə etibarilə elə patent olaraq qalırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər