main-post-cover

    LG şirkəti LG G flaqman smartfon seriyasından imtina edə bilər

    Elm & Texnologiya
    25.01.2020
    Farid Pardashunas
        Bu ay Las Veqasda keçirilmiş CES 2020 sərgisində LG şirkətinin rəhbəri qeyd etmişdi ki, LG şirkəti mobil bazarda əsl inqilab yaradacaq və 2021-ci ildə şirkətin mobil şöbəsi sonunda gəlir gətirəcək. Görünür, LG-nin bu istiqamətdə artıq dəqiq bir strategiyası var. Bir sıra mənbələrin verdikləri məlumata əsasən LG-nin mobil şöbəsində böyük dəyişikliklər gözlənilir. Bu barədə SmartDroid saytı xəbər verib.
        Hal hazırda şirkət ildə iki dəfə flaqman smartfon təqdim edir. Söhbət, LG GLG V seriyasına daxil olan smartfon modellərindən gedir. Lakin verilmiş məlumata əsasən şirkət LG G seriyasından imtina etmək niyyətindədir. Görünür, gələn ay təqdim edilməsi gözlənilən LG G9 smartfon modeli şirkətin LG G seriyasında son smartfon modeli ola bilər.
        Bunun baş verəcəyi halında şirkət yalnız LG V seriyası vasitəsilə flaqman smartfon modellərini təqdim edəcək. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, şirkət öz flaqman smartfonlarını artıq payız fəslində deyil, yaz fəslində təqdim edəcək. Bunun əsas səbəbi isə Galaxy SHuawei P seriyaları ilə rəqabət aparmaq istəyidir. Lakin həmin smartfon seriyaları ilə rəqabət aparmaq üçün LG öz smartfonlarında sözün əsl mənasında innovasiya yaratmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər